AZ

Qurban Qurbanov: "Komandanın birgə məşqi demək olar ki, baş tutmayıb"

Məlum səbəblərə görə komandanın birgə məşqi demək olar ki, baş tutmadı. 

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya səfəri öncəsi Heydər Əliyev adına hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Təcrübəli mütəxəssis komandanın Benfika ilə oyuna tam hazırlığın olmama səbəbini açıqlayıb.

"Komanda iki hissəyə bölünmüşdü: həm milli komandaya gedən futbolçular, həm də burada qalan futbolçular. “Zirə” ilə oyunda istədiklərimizi həyata keçirmək üçün maksimum çalışdıq. Qarşımızda çox yaxşı kollektiv – “Zirə” komandası var idi. Bu oyun futbolçularımız üçün çox böyük fayda verdi. Dinamik və birə-bir mübarizələrlə zəngin qarşılaşma oldu. Ola bilər ki, bu təcrübə bizə “Benfika” ilə oyunda çox lazım olsun".

Qurban Qurbanov komandanın son durumu ilə bağlı da danışıb.

"Komandada Nəriman  Axundzadədən  başqa  zədəli futbolçu yoxdur. Nərimanın da vəziyyəti get-gedə yaxşıya doğru gedir".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sentyabrın 16-da saat 23:00-da səfərdə Portuqaliyanın "Benfika" komandası ilə qarşılaşacaq.

Seçilən
5
operativmedia.az

1Mənbələr