İspaniyanın Baş naziri Pedro Sançes 14 sentyabr tarixində Fələstini dəstəkləyən etirazçılara rəğbətini ifadə edib.
APA "Reuters"ə istinadən xəbər verir ki, Sançes “Vuelta” veloyarışının finalı ərəfəsində bəyanatla çıxış edib:
“Bu gün Vuelta yekunlaşır. Biz idmançılara hörmətimizi və minnətdarlığımızı bildiririk, həmçinin İspaniya xalqının Fələstin kimi ədalətli işlər uğrunda səfərbər olmasına rəğbət bəsləyirik", - Baş nazir vurğulayıb.
Qeyd edək ki, İspaniya 2024-cü ilin may ayında Fələstin dövlətini tanıyıb.
Rəsmi Madrid açıq şəkildə İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edir.