AZ

54 minədək mənzil qanunsuz turizm bazarından çıxarılır - İspaniyada

İspaniya hökuməti ölkədə artmaqda olan mənzil çatışmazlığının qarşısını almaq məqsədilə 53 min 876 qanunsuz turizm mənzilini onlayn platformalardan sildirməyi qərara alıb.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançes bildirib.

Baş nazir qeyd edib ki, həmin mənzillər yaxın vaxtlarda adi mənzil bazarına qaytarılacaq, gənclərin və ailələrin istifadəsinə veriləcək.

Buraya məcburi qeydiyyat nömrəsi üçün müraciət etmiş, lakin qanuni tələblərə cavab vermədiyi üçün bu nömrəni ala bilməyən mənzillər aiddir. Ən çox qanunsuzluqlar Sevilya (2289), Marbella (1802), Barselona (1564), Malaqa (1471) və Madrid (1257) şəhərlərində aşkarlanıb.

Seçilən
31
3
publika.az

5Mənbələr