Bakı, 15 sentyabr, AZƏRTAC
Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər sərt deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatının Bedminster şəhərində jurnalistlərə açıqlamasında deyib.
"Sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar sanksiyaları sərtləşdirməlidirlər ki, mənim hərəkətlərimə uyğun gəlsin", - deyə Amerika lideri bildirib.