ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff özünün "Witkoff Group" adlı əmlak şirkətindəki payını 120 milyon dollara satıb.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" maliyyə bəyannaməsinə istinadən məlumat yayıb.
Siyasətçi bu addımı ABŞ administrasiyasındakı işi ilə biznes fəaliyyəti arasında potensial maraqlar toqquşmasından qaçmaq üçün atıb.
Bəyannamə isə avqustda verilib. Agentlik qeyd edib ki, sənəddə onun ABŞ prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyətə başlama tarixi 30 iyun göstərilib. Halbuki, Uitkoff hələ inauqurasiyadan əvvəl Amerika lideri Donald Trampın komandasında işləməyə başlayıb.
Xüsusi elçinin elan edilmiş aktivləri 350 milyon dollardan çoxdur. Digər şeylər arasında Uitkoffun "SpaceX", "Cisco Systems" və" Uber Technologies"də payı var. Xüsusi nümayəndə həmçinin qeyd edib ki, onun 31 milyon dollardan çox borcu var ki, bunun da əksəriyyəti təyyarə almaq üçün kreditlərlə bağlıdır.