AZ

KİV: İsrail İranın zənginləşdirilmiş uran ehtiyatının yerini bilir

ain.az bildirir, Oxu.az portalına istinadən.

İsrailin "Mossad" kəşfiyyat xidməti İranın zənginləşdirilmiş uran ehtiyatlarının yeri barədə ətraflı məlumata malikdir.

Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazıb.

Məlumata görə, İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı bu ehtiyatlar hədəf alınmayıb. Tehran bu urandan nüvə silahı yaratmaq üçün istifadə etməyə cəhd edərsə, o zaman "Mossad" müdaxilə edə bilər.

Nəşr İranın öz uranını Beynəlxalq Atom Enerjisi Agentliyin müfəttişlərinə təqdim edənə qədər bu məsələnin diqqət mərkəzində qalacağını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
oxu.az

2Mənbələr