AZ

Almaniya əks-kəşfiyyatına türkiyəli gətirilir

Türkiyə əsilli Zinan Zelen Almaniyanın əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Federal Konstitusiyanı Mühafizə İdarəsinin (BfV) yeni rəhbəri təyin ediləcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə yerli “Bild” qəzeti Xristian Demokratlar İttifaqı/ Xristian Sosialistlər İttifaqı bloku və Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyalarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, artıq sentyabrın 15-də Almaniya daxili işlər naziri Aleksander Dobrindt BfV əməkdaşlarını Zelenin təyinatı barədə məlumatlandıracaq. Hazırda o, qurumun rəhbər müavini vəzifəsini tutur. Əks-kəşfiyyatın əvvəlki rəhbəri Tomas Haldenvanq Bundestaqa (parlament) namizədliyini irəli sürmək üçün 2024-cü ilin sonunda vəzifəsindən istefa verib, lakin parlamentə keçə bilməyib.

Seçilən
46
2
axar.az

5Mənbələr