Əziz oğlum Səxavət!
Səni ali məktəbə qəbul olunmağın münasibətilə ürəkdən təbrik edir, bağrıma basıb öpürəm. Dünyaya gəldiyin günün, ilk dəfə ayaq açıb yeridiyin, orta məktəbin birinci sinfinə qədəm qoyduğun anların mənə bəxş etdiyi sevinc hissləri yaddaşıma əbədi həkk olub. Bu uğurunla da o sevinclər sırasına daha böyük sevinc, məmnunluq qatdın. Özünün, səni dünyada hamıdan çox sevən mənim, qabiliyyətinə inanan müəllimlərinin zəhmətini yerə vurmadın. Qoy həmişə bəxtin sənə yar olsun, daha böyük nailiyyətlərə imza atasan, xətrini istəyənləri daim sevindirəsən.
Elnarə Həziyeva
Ərindən boşanmış 2 uşaq anası