Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzada sürücü, 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və sərnişin, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.