1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı KIA markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəzada 1998-ci il təvəllüdlü Azər Asəf oğlu Qələndərov və onun sərnişini, 2003-cü il təvəllüdlü Sevinc Hüseyn qızı Əliyeva xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.




