AZ

"Qeyri-hökumət təşkilatlarında mükafatlandırma alverə çevrilməməlidir" – Rauf Zeyni

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onların təqdim edilməsi ilə bağlı birgə bəyanat yayıb.

Müstəqil ekspert Rauf Zeyni orden və medal məsələsi ilə bağlı fikirlərini QHT.az-a açıqlayıb. Onun sözlərinə görə, bəzi QHT-lər illər ərzində təşkilat sədrlərinə və ya digər şəxslərə orden və medal veriblər, lakin bu praktikaya ehtiyac yoxdur və tövsiyə olunmur. Rauf Zeyni qeyd edib ki, qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti fəaliyyətini təşviq etmək məqsədilə ilin QHT-si, ilin fəalı, ilin təşkilatı və digər kateqoriyalar üzrə fəxri diplomlar, təşəkkürnamələr və fəxri fərmanlar verə bilər. Bu, ictimai fəaliyyətə zidd deyil və həvəsləndirici rol oynayır.

Eyni zamanda ekspert bildirib ki, bəzi hallarda orden və medal məsələsi alver məqsədinə çevrilib. Bu səbəbdən qeyri-hökumət təşkilatlarında bu sahədə müəyyən nizam və intizamın yaradılması vacibdir.

Rauf Zeyni məsələnin aktuallığını vurğulayaraq, QHT-lərin mükafatlandırma prosesində şəffaf və məntiqi fəaliyyət prinsiplərinə riayət etməsinin vacibliyini qeyd edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
12
qht.az

1Mənbələr