1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin hava məkanının Rusiya pilotsuz uçuş aparatı (PUA) tərəfindən pozulması səbəbindən Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az bu barədə Rumıniya diplomatik idarəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, Rumıniya tərəfi ölkənin suverenliyinin pozulması anlamına gələn bu qəbuledilməz və məsuliyyətsiz hərəkətə qəti etirazını bildirib.
Nazirlik ölkənin hava məkanının sonrakı pozuntularının qarşısını almaq üçün bütün zəruri tədbirlərin dərhal görüləcəyini bəyan edib.
Xatırladaq ki, sentyabrın 13-də Rumıniya Müdafiə Nazirliyi hava məkanının PUA tərəfindən pozulduğunu bildirib. Uçuş aparatı havada vəziyyəti monitorinq etmək üçün qaldırılan iki F-16 qırıcı təyyarəsi tərəfindən aşkarlanıb.