1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 15-i ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.
Oxu.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni tədris ilində idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 491 beşyaşlının cəlb olunması nəzərdə tutulur.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə isə 35 028 uşaq cəlb olunub.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 127 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 149 tərbiyəçi-müəllim çalışır.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, doqquz məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Ümumilikdə isə 2025-26-cı tədris ilində respublika üzrə 1.6 milyon şagirdin təhsil alacağı gözlənilir. 130 mindən çox şagird 1-ci sinfə gedəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.