Bakı, 14 sentyabr, AZƏRTAC
Kişi basketbolçular arasında Avropa çempionatının mükafatçıları bəlli olub.
AZƏRTAC xəbər verir ki, finalda Türkiyə və Almaniya yığmaları qarşılaşıb. Görüş Almaniya millisinin 88:83 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da onlar Avropa çempionu olublar.
Bu matçdan əvvəl isə üçüncü yer uğrunda görüş keçirilib. Həmin oyunda Yunanıstan millisi Finlandiya seçməsini 92:89 hesabı ilə üstələyib.
Qeyd edək ki, hər iki oyun turnirə ev sahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki “Ksiomi Arena"da keçirilib.