AZ

Rusiyada seçki məntəqələrinə dronlarla hücum edildi - İnsanlar təxliyə olundu

Seçkilər zamanı Belqorod vilayətində üç, Bryansk vilayətində bir seçki məntəqəsi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, seçki prosesinin iştirakçılarının həyat və sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə onlar təxliyə edilib.

Səsvermə başqa yerə keçirilib. Bu da öncədən ciddi işlərin görülməsi və sürətli evakuasiya sisteminin yaradılması sayəsində mümkün olub.

Seçilən
7
publika.az

1Mənbələr