AZ

Donald Tusk: Polşada Rusiyaya simpatiya, Ukraynaya isə antipatiya güclənir

BAKI, 14 sentyabr. TELEQRAF

Polşada rusiyapərəst əhval-ruhiyyə artıb, ağır dövrlərini yaşayan Ukraynaya qarşı isə antipatiya var.

Teleqraf xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

O, iddia edir ki, bu dalğa Kreml tərəfindən alovlanır, qorxu və emosiyalardan qaynaqlanır.

Tusk əlavə edib ki, siyasətçilərin vəzifəsi dalğanın axını ilə getmək deyil, onu saxlamaqdır.

"Bu, bütün Polşa siyasi sinfinin vətənpərvərlik və yetkinlik sınağıdır", - baş nazir əlavə edib.

Sentyabrın 11-də Polşa Konfederasiyası partiyasının nümayəndəsi Slavomir Mentzen bəyan edib ki, Polşa Rusiya ilə potensial hərbi toqquşmaya hazır deyil.

Çərşənbə günü Tusk bildirib ki, Polşa hərbçiləri ölkənin hava məkanını pozan ən azı 23 PUA-nı qeydə alıblar. Onlardan bir neçəsi vurulub.

Seçilən
13
teleqraf.com

1Mənbələr