AZ

Dünya çempionatı: Azərbaycan güləşçiləri bir gümüş və iki bürünc medal qazandılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvilişvili (125 kq) Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, final görüşündə Meşvilişvili olimpiya mükafatçısı və dünya çempionu iranlı Əmir Hüseyn Zareyə 0:5 hesabı ilə uduzub.
Digər güləşçimiz Arseniy Cioyev (86 kq) bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə fransalı Rəhim Maqomedov üzərində 7:0 hesabı ilə qələbə qazanıb.
Bundan başqa, Nurəddin Novruzov da (61 kq) üçüncü yer uğrunda görüşdə koreyalı Kum Hyuk Kim üzərində 6:0 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olub.
Seçilən
19
oxu.az

1Mənbələr