“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland öz komandasının cari mövsümdəki 50-ci ev oyununda 50-ci qolunu vurub.
90deqiqe.Az-ın "OptaJoe"yə istinadən məlumatına görə, Premyer Liqa tarixində bu nəticəyə daha az oyun sayında (47) yalnız Alan Şirer nail olub. Haland matçı dubl ilə tamamlayıb, “Mançester Siti” isə “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib. Hazırda Halandın komandası 6 xalla turnir cədvəlində 8-ci pillədədir.
Qeyd edək ki, Alan Şirer 1988-2006-cı illərdə “Sauthempton”, “Blekbern Rovers” və “Nyukasl” komandalarında çıxış edib və Premyer Liqanın ən məhsuldar bombardiri kimi 260 qol vurub.