AZ

Senator: ABŞ nin yeni sanksiyalarının hədəfi Braziliya, Hindistan və Çin olacaq

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ-nin Rusiyaya qarşı sanksiyaları effekt vermədiyi üçün yeni paketin hədəfi Braziliya, Hindistan və Çin olacaq".

Oxu.Az xəbər verir ki, bu fikri "NBC News" kanalında amerikalı respublikaçı senator Lindsi Qrem bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı heç bir sanksiya nəticə verməyib.

"Qeyd edim ki, sanksiyalar haqqında yeni qanun layihəsi Rusiyaya qarşı yönəlməyib. Sənəd Çin, Hindistan, Braziliya, eləcə də ucuz Rusiya nefti və qazını almaqla onu dəstəkləyən digər ölkələrə yönəlib", - Qrem əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
oxu.az

3Mənbələr