Bakı, 14 sentyabr, AZƏRTAC
Türkiyə Superliqasında V turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Trabzonspor"la qarşılaşıb.
Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Fənərbağça" hazırda 10 xalla ikinci pillədə qərarlaşıb.
Eyni xala malik Qara dəniz klubu üçüncü yerdədir.