AZ

Ruslar kol dibində səs verdi - ŞOK

Rusiyanın Kareliya Respublikasının Medvejyeqorsk rayonunun Axvenlambi kəndində keçirilən seçkilər sakinlərin yaddaşında olduqca qeyri-adi mənzərə ilə qalıb.

Musavat.com xəbər verir ki, yerli əhalinin sözlərinə görə, seçki günü kənddəki klub binası bağlı olduğundan insanlar ənənəvi qaydada məntəqədə səsvermə hüququndan istifadə edə bilməyiblər.

Klub binasının açarının kimdə olduğunu heç kimin bilmədiyi, hətta binanın sahibinə seçkilər barədə öncədən məlumat verilmədiyi üzə çıxıb.

Bu səbəbdən seçki komissiyası səsverməni birbaşa küçədə təşkil edib. Lakin burada da səsvermə üçün heç bir şərait yaradılmayıb: nə seçki kabinələri, nə də seçicilərin gizliliyini təmin edən hər hansı imkan olub. Seçicilərə sadəcə kolların arxasına keçərək səs vermələri təklif olunub.

Məsələ ictimaiyyətə “Yabloko” partiyasından regional deputat Emiliya Slabunovanın açıqlaması ilə məlum olub. Onun sözlərinə görə, bu hal seçki prosesinin əsas prinsiplərinin – gizlilik, şəffaflıq və qanunçuluğun – kobud şəkildə pozulduğunu göstərir. Deputat əlavə edib ki, seçkilərin belə formada keçirilməsi nəinki seçicilərin hüquqlarını məhdudlaşdırır, həm də seçkiyə olan etimadı sarsıdır.

Hadisə həm yerli sakinlər, həm də sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə doğurub. İnsanlar kənd camaatının “kol dibində” səsverməyə məcbur qalmasını seçki sistemindəki təşkilati xaosun bariz nümunəsi kimi qiymətləndiriblər.

Musavat.com

Seçilən
35
2
musavat.com

3Mənbələr