AZ

"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisini transfer edə bilər

 “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə,Turin klubu portuqaliyalı futbolçu ilə 2026-cı ilin yayında – onun “şəhərlilər”lə müqaviləsi başa çatdıqda – müqavilə imzalamağı planlaşdırır. 

Mənbənin məlumatına görə, 31 yaşlı futbolçunun transferində “Yuventus”a əsas rəqib “Benfika” ola bilər. Lakin Lissabon klubunun futbolçunun yüksək maaş tələblərini qarşılamaq imkanı daha məhduddur.

Xəbərdə vurğulanır ki, yarımmüdafiəçinin İtaliya nəhənginə keçidində onun agenti, “Yuventus”la güclü əlaqələri olan Jorje Mendiş həlledici rol oynaya bilər.

Bernardu Silva 2017-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 410 matça çıxaraq 72 qol və 73 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 38 milyon avrodur.

Seçilən
12
90deqiqe.az

1Mənbələr