AZ

Çində zibil tükənir, zavodlar üçün yanacaq azalır

Çində zibil tükənir, zibilyandırma zavodları üçün yanacaq getdikcə azalır.

Azpost bildirir ki, bu barədə Financial Times xəbər verir.

Çin əvvəllər şəhərlərdə yığılan tullantıları məhv etmək üçün zavodlara böyük sərmayə qoyub.

Tullantıların enerjiyə çevrilməsi üzrə Qlobal Şuranın məlumatına görə, hazırda Çində 1000-dən çox zibili enerjiyə çevrilən zavod var. Bu da dünyanın tullantıdan enerjiyə çevrilmə potensialının yarıdan çoxunu təşkil edir. Zavodlar gündə 1,1 milyon tondan çox tullantı yandırmağa qadirdir ki, bu da hökumətin hədəflərindən xeyli çoxdur.

Bütün bunlar ona gətirib çıxarıb ki, getdikcə daha çox operator həddən artıq güclə üzləşir. Bəzi zibilyandırma zavodları ilin çox hissəsi və ya bütün müddətində boş dayanır. Digərləri isə tikinti sahələrindən və ya yerli hökumətlərdən sənaye tullantıları almağa başlayıb.

AzPost.az

Seçilən
40
azpost.info

1Mənbələr