AZ

“Real”ın 2026-cı il üçün əsas transfer hədəfi

Madridin “Real” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynunun mümkün qış transferi ilə bağlı məlumat toplayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O futbolçunun İspaniya nəhənginə dərhal keçməyə hazırdır – təklif uyğun olduğu halda, “Mançester Yunayted”in 20 yaşlı oyunçunu asanlıqla buraxmaq niyyətində olmadığını və onu 80 milyon avrodan aşağı satmayacağını qeyd edib.

Bildirilir ki, “Napoli”, “Bavariya” və “Lion” da gənc istedadla maraqlanan klublar sırasındadır.

Kobbi Maynu “Mançester Yunayted”in akademiyasının yetirməsidir. O, əsas komanda ilə indiyədək 74 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
90deqiqe.az

1Mənbələr