AZ

"Futbolda xatırlanmaq istəmirəm"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol tarixində necə xatırlanmaq istədiyi ilə bağlı sualı gözlənilməz şəkildə cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, "TNT Sports" mütəxəssisin fikirlərini belə çatdırıb:

– Futbolda sizin necə xatırlanmağınızı istəyərdiniz?

– Xeyr, mən istəmirəm ki, məni xatırlasınlar. İstəyirəm ki, məni unutsunlar.

– Hansı futbolçu ilə oynamaq istərdiniz, amma bu, mümkün olmadı?

– Gözəl sualdır. Neymar.

54 yaşlı mütəxəssis futbol tarixinin ən böyük məşqçilərindən biri sayılır. Onun aktivində La Liqa, Bundesliqa və Premyer Liqada ardıcıl ən çox qələbə rekordu var. Pep həm “Barselona”nın, həm də “Mançester Siti”nin tarixində ən titullu baş məşqçidir. O, futbol tarixində iki dəfə “trebl” qazanan ilk məşqçi olub.

Seçilən
47
90deqiqe.az

1Mənbələr