AZ

İndoneziyada güclü zəlzələ olub

İndoneziyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi Sumatra adasının sahillərində qeydə alınıb.

Belə ki, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, ocağı isə 67 km dərinlikdə olub.

Dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

"Cebheinfo.az" 

Seçilən
17
29
cebheinfo.az

10Mənbələr