İndoneziyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Sumatra adasının sahillərində qeydə alınıb.
Zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, ocağı isə 67 km dərinlikdə olub.
Dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.