AZ

Ağstafada bir neçə kəndi rayon mərkəzi ilə birləşdirən körpü bağlanıbVİDEO

Ağstafada bir neçə kəndlə rayon mərkəzini birləşdirən körpü bağlanıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, iki aya yaxındır körpü qəzalı vəziyyətdədir. Lakin hər hansı addım atılmır, təmir işləri görülmür.

Sürücülərə alternativ yol təklif edilib. Sakinlər isə iddia edirlər ki, bu yoldan istifadə üçün kilometrlərlə məsafə qət etmək lazımdır. Yəni 10 dəqiqəlik yol üçün bir saat vaxt lazımdır. Onların sözlərinə görə, magistrala çıxmaq üçün məcburi şəkildə yolu əks istiqamətdə getməli olurlar.

Sürücülər deyirlər ki, burada əsas yola çıxmaq üçün hər iki tərəfdən gələn hərəkət iştirakçıları və özləri xoşagəlməz hallarla üzləşirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən yol ötürücüsü 1961-ci ildə inşa edilib. Aidiyyəti qurumların, həmçinin Fövqəladə Hallar Nazirliyinin körpünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə rəyi var. Paralelində alternativ yolötürücünün mövcudluğunu nəzərə alaraq, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən qəzalı vəziyyətdə olan körpüdə nəqliyyatın hərəkətinin qadağan edilməsi barədə qərar qəbul olunub. Körpünün təmir edilib-edilməyəcəyi barədə də hələ ki qərar yoxdur. Hərəkətin təşkili və təhlükəsizliyi isə Agentliyin səlahiyyətində deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
9
xezerxeber.az

10Mənbələr