AZ

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 300 mindən çox əhalisi olan Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, yeraltı təkanların ocağı isə 67 kilometr dərinlikdə yerləşib.

İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Seçilən
23
29
turkic.world

10Mənbələr