Rusiyanın Rostov vilayətində meşə yanğını tüğyan edir.
Axar.az 161.ru-ya istinadən xəbər verir ki, yanğına səbəb quru odunların yandırılması olub.
Bildirilib ki, yanğın Kuleşovka kəndinin şimal hissəsində baş verib, güclü küləyə görə tezliklə yaşayış binalarına yaxınlaşıb.
Qatı tüstü səbəbindən Rostov-Azov avtomobil yolunun 1-17-ci kilometrliyi bağlanıb.
Nəticədə hər iki istiqamətdə təxminən dörd kilometr uzunluğunda tıxac yaranıb.
Yanğının söndürülməsinə 15 texnika və 40 yanğınsöndürən cəlb edilib.