AZ

"Gənc qızlar, görünür ki, buranı heç vaxt görməyiblər, yenə də qayıdıblar" - Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə söhbət etdi.

Prezident: İşğal dövründə harada yaşamısınız?

Qadın sakin: Mingəçevirdə yaşamışıq.

Sakinlər: Allah canınızı sağ eləsin. Çox sağ olun. Allah Sizi başımızın üstündən əskik etməsin.

Kişi sakin: Cənab Prezident, bizə bu sevinci, bu hissi yaşatdığınıza görə Sizə çox-çox minnətdarıq. Allah dövlətimizi, Sizi, Bayrağımızı qorusun. Yaşasın Azərbaycan! Siz demişkən, Qarabağ Azərbaycandır!

Digər kişi sakin: Çox sağ olun, var olun. Sizin ayağınız dəyən yerlər cənnətə dönür. Bu gün biz 30 il həsrətində qaldığımız torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmışıq. Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə uzun ömür, cansağlığı versin.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Bir müddət Beyləqanda yaşamışıq, sonra isə Bakıya köçmüşük. Bu günə şükür. Allah Sizi var eləsin, öz torpaqlarımızda daimi yaşayacağıq.

Prezident İlham Əliyev: İndi doğma torpağa qayıtmısınız. Amma gənc qızlar görünür ki, buranı heç vaxt görməyiblər, eləmi? Amma yenə də qayıdıblar. Siz harada yaşamısınız?

Gənc qız: Biz Qaradağda, Lökbatanda.

Prezident İlham Əliyev: Bura kurort yerdir, həm havası, həm suyu.

Qadın sakinlər: Çox qəşəngdir, havası çox təmizdir. Nəvələrim beş gündür ki, burada qəşəng dincəlir, istirahət edirlər.

Prezident İlham Əliyev: Bəh, bəh, bəh, Allaha şükür.

Sakinlər: Allah canınızı sağ eləsin.

Kişi sakin: Bu xalqın yolunda çəkdiyiniz əziyyətə, gördüyünüz işlərə görə hamımız Sizə təşəkkür edirik. Çox sağ olun. Dəmir yumruq yerindədir!

Prezident İlham ƏIiyev: Sağ olun.


Seçilən
18
13
adalet.az

10Mənbələr