AZ

Rasim Ağayev vəfat etdi

Prezidentin sabiq mətbuat katibi, jurnalist, siyasi icmalçı Rasim Ağayev vəfat edib.

Ölkə.az xəbər verir ki,  bu barədə onun yaxınları məlumat paylaşıb.

R.Ağayev sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli "Azradio" yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, "Novosti Press" agentliyinin, "Trud" qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb.

O, "Novosti Press" agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.

Rasim Ağayev vaxtilə Azərbaycan Kommunust Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibinin köməkçisi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri vəzifələrini də tutub.

1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun mətbuat katibi işləyib.

Rasim Ağayev 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində çalışıb. (lent.az)

Seçilən
7
3
olke.az

10Mənbələr