BAKI, 14 sentyabr. TELEQRAF
Papa XIV Leo Vatikanın Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyini qeyri-real adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Crux" portalı məlumat yayıb.
Papa qeyd edib ki, münaqişənin həllində sülh yeganə çıxış yoludur.
XIV Leo bildirib ki, Vatikan münaqişənin başlanğıcından bəri bitərəfliyini qoruyub saxlayıb: "Hər bir tərəfin mövqeyində həm müsbət, həm də mənfi cəhətlərə rast gəlmək olar".