AZ

Volodinin ürəyi istefa xəbərinə dözmədi

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ciddi ürək problemləri yaşayır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

Məlumata görə, həkimləri Volodində ciddi ürək problemləri aşkarlayıblar – ona ürəyin işemik xəstəliyi diaqnozu qoyulub.

Mənbə qeyd edir ki, onun vəziyyətinin pisləşməsi bilavasitə son həftələrin əsəb gərginliyi ilə bağlıdır. Dövlət Dumasının spikeri postundan mümkün istefasının müzakirəsi siyasətçi üçün son dərəcə çətin sınaq olub:

“Vəziyyət Volodinin yaxın ətrafının da narahatlığına səbəb olub. Onun komandası etiraf edir ki, spikerin bu cür ciddi diaqnozları onun istefası üçün əlavə arqument ola bilər”.(axar.az)

Seçilən
0
5
olke.az

6Mənbələr