AZ

Azərbaycan Almatıda MDB ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin iclasında təmsil olunub

Astana, 14 sentyabr, AZƏRTAC

Almatı şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük xidməti rəhbərləri Şurasının Hüquq-mühafizə orqanları rəhbərləri Komitəsinin 25-ci iclası keçirilib.

AZƏRTAC Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.

MDB Gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri Komitəsi Müstəqil Dövlətlər Birliyi ölkələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış əlaqələndirici orqandır.

İclasda qaçaqmalçılıqla mübarizə sahəsində mövcud çağırışlar, beynəlxalq ticarətdə yeni tendensiyalar, müasir texnologiyalardan istifadə və malların qeyri-qanuni hərəkət sxemlərinə nəzarətin təkmilləşdirilməsi müzakirə edilib.

Qaçaqmalçılıqla mübarizənin gücləndirilməsi və MDB ölkələrinin iqtisadi təhlükəsizliyinin qorunmasına dair beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və birgə tədbirlərin işlənib-hazırlanmasına xüsusi diqqət yetirilib.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
22
3
azertag.az

4Mənbələr