"Real" FİFA-ya müraciət etməyə hazırlaşır.
Manset.az xəbər verir ki, klubun rəsmi media kanalının məlumatına görə, şikayətdə İspaniya futbolunda hakimliklə bağlı baş verən hadisələr ətraflı təsvir olunacaq.
Bildirilib ki, FİFA-ya göndəriləcək hesabatda həm ötən mövsümdə, həm də cari mövsümdə baş verən mübahisəli hakim qərarları xüsusi vurğulanacaq.
Bu xəbər “Real”ın La Liqanın 4-cü turunda «Real Sosyedad» üzərində 2:1 hesablı qələbəsindən sonra yayılıb. Həmin görüşdə madridlilərin müdafiəçisi Din Heysen 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb.