AZ

Fələstinlilər Qəzza şəhərini tərk edir

BAKI, TurkicWorld, Səməd Əyyubov

Bu gün yüzlərlə fələstinli ailə Qəzza şəhərindən çıxmağa başlayıb. Bəziləri yük maşınlarına minib, digərləri isə piyada hərəkət edib.

TurkicWorld-un məlumatına görə, İsrail ordusu dəfələrlə şəhərdən təxliyə elan etsə də, sakinlərin çoxu başqa gedəcək yerlərinin olmadığını bildirir. Onların sözlərinə görə, İsrail cənubda köçmələrini istədiyi ərazilərə də dəfələrlə zərbələr endirib.

Xatırladaq ki, İsrail ordusunun sözçüsü Avixay Edri liman ərazisi və Ər-Rimal məhəlləsinin sakinlərini dərhal cənubdakı “humanitar zona”ya getməyə çağırıb. Lakin fələstinlilər orada artıq çadır qurmaq üçün boş yer qalmadığını deyirlər. Edri 250 mindən çox Qəzza sakininin şəhəri tərk etdiyini bildirsə də, Qəzza mülki müdafiə xidməti bu rəqəmin əslində təxminən 68 min olduğunu açıqlayıb.

Seçilən
23
turkic.world

1Mənbələr