Noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunur ki, bu qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.
Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.