AZ

Dövlət İmtahan Mərkəzi 186 min manata görün nə alır

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi avtomatlaşdırılmış çap xəttləri üçün sərf materiallarının satın alınmasını planlaşdırır.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, alışın ümumi dəyəri 186.150,00 AZN olaraq göstərilib. Satınalınacaq materiallar arasında Canon Vario Print 6000 seriyası üçün toner (400 kg) və tələb olunan təhlükəsizlik lenti (rulon eni 50 mm, uzunluğu 600 m və üzərində logo) daxildir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir.

Seçilən
28
nocomment.az

1Mənbələr