AZ

Şərab infarktın qarşısını alır?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Kiçik dozalarda şərab içmək tərkibindəki antioksidantlara baxmayaraq, sağlamlığa müsbət təsir göstərmir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə El Español-a müsahibəsində ispan kardioloq Maqdalena Perello bildirib.

Mütəxəssisin sözlərinə görə, bir stəkan şərabın ürək üçün faydası barədə fikirlər elmi məlumatlarla təsdiqlənmir. Həkim qeyd edib ki, istənilən spirt ürək-damar sisteminə mənfi təsir göstərir: o, aritmiya, ürək çatışmazlığı riskini artırır və ürək kameralarının patoloji genişlənməsinə səbəb olur. Həkim qeyd edib ki, şərabın zərəri ultra emal olunmuş qidaların, əlavə edilmiş şəkərin və trans yağların təsiri ilə müqayisə oluna bilər.

Mütəxəssis əlavə edib ki, bəzi insanlar tərkibindəki antioksidantlara görə spirt içməyə haqq qazandırır.

Antioksidantlar hüceyrələri oksidləşdirici stresin yaratdığı zərərdən qoruyan maddələrdir. Onlar həqiqətən də şərabın hazırlandığı üzümün tərkibində olurlar, lakin etanolun özü ürəyə xeyirdən çox zərər verir.

Perello vurğulayıb ki, antioksidanlar Aralıq dənizi pəhrizinin daha sağlam komponentlərindən - tərəvəzlər, meyvələr, qoz-fındıq, paxlalılar və zeytun yağından əldə edilə bilər. Belə bir pəhriz infarkt və insult riskini təxminən 30% azaldır və spirtsiz ürək-damar sisteminə dəstək verir.

Xəzər

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
cebheinfo.az

1Mənbələr