AZ

Elektrik cərəyanı 64 yaşlı ustanın həyatına son qoydu

Abşeronda elektrik cərəyanı ustanı vuraraq öldürüb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Cavad Zabulla oğlu Davudov evdə elektrik işi görən zaman onu elektrik cərəyanı vurub. C.Davudov hadisə yerində keçinib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
10
olke.az

10Mənbələr