AZ

Azərbaycanlı idmançı MMA-da debütünü inamlı qələbə ilə başladı

Gürcüstandan olan azərbaycanlı idmançı, 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev MMA üzrə ilk döyüşünə çıxıb.

 

Senzor.az bildirir ki, onun rəqibi iranlı idmançı Nezhad Vahid olub.

 

Döyüşün taleyi birinci raundda həll olunub. Alim Nəbiyev rəqibini nokautla məğlub edərək MMA karyerasına parlaq qələbə ilə start verib.

 

Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.


Seçilən
17
14
senzor.az

10Mənbələr