AZ

KİV: "Tramp Putinə təsir göstərməyə qadir olduğuna şübhə etməyə başlayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Moskva və Kiyev arasında münaqişəyə son qoymaq məsələsində rusiyalı həmkarı Vladimir Putinə təsir göstərməyə qadir olduğuna son vaxtlar şübhə etməyə başlayıb.
Oxu.Az bildirir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, Tramp şəxsi söhbətlərində etiraf edib ki, o, Putinin sülh nizamlanması ilə bağlı niyyətlərini yanlış qiymətləndirib.
Ağ Evin yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, Tramp və komandası onun ikinci prezidentlik dövründə "iki başlıca dünya böhranına" çevrilmiş Ukraynadakı münaqişəyə, eləcə də Qəzza zolağındakı müharibəyə son qoya bilməməkdən məyus olublar.
Seçilən
43
oxu.az

1Mənbələr