AZ

İstanbul Hava Limanı Avropa reytinqində lider mövqeyini qoruyur

BAKI, TurkicWorld, Səməd Əyyubov

İstanbul Hava Limanı gündəlik orta hesabla 1624 uçuşla bir daha Avropanın ən sıx hava limanı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir həmçinin bildirib ki, gündəlik orta hesabla 1024 uçuşla Antalya Hava Limanı Avropanın ən sıx 9-cu hava limanı olub. Onun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən 25 hava limanı arasında 1–7 sentyabr 2025-ci il tarixlərində gündəlik orta hesabla 821 uçuş həyata keçirən İstanbul Hava Limanı dünya üzrə 5-ci yerdə qərarlaşıb.

Uraloğlu Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 12 sentyabr tarixli hesabatını da dəyərləndirib. O bildirib ki, hesabatda 1–7 sentyabr dövründə Türkiyə gündəlik orta hesabla 4200 uçuşla Avropada ən sıx hava hərəkətinə malik ölkələr arasında 6-cı sırada yer alıb və Yunanıstan, Hollandiya, Polşa kimi ölkələri geridə qoyub.

Nazir əlavə edib ki, İstanbul Hava Limanı Amsterdam, Şarl de Qol (Paris), Frankfurt və Hitrou (London) hava limanlarını geridə qoyaraq Avropada lider mövqeyini qoruyub.

Seçilən
13
turkic.world

1Mənbələr