NTD klubu yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, onlar bu dəfə Camel Kinqi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kinq son olaraq ölkəsinin "Kenneso Steyt Ouls" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, NTD indiyə qədər Ladarius Marşalın, Kobi Montqomerinin və Andra Makkinin transferlərini həyata keçirib.