AZ

USQ Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın ən iri sənaye obyektlərindən birinə — Kiriş Neft Emalı Zavoduna zərbə endirib.

Məlumatlara görə, söhbət Rusiyanın ən böyük beş neft emalı müəssisəsindən birindən gedir. Zavod ildə təxminən 20 milyon ton neft emalı gücünə malikdir və yüksək oktanlı benzin də daxil olmaqla, demək olar ki, bütün yanacaq növlərinin istehsalını həyata keçirir. Əhəmiyyətinə görə Kiriş Neft Emalı Zavodu ölkənin neft emalı sistemində ikinci ən mühüm müəssisə hesab olunur.

İlkin məlumatlara görə, hücum zavodun əsas istehsal hissəsinə — ELOU AVT-6 qurğusuna (neftin ilkin emalı sahəsinə) dəyib. Bu, müharibə dövründə Kirişə endirilən ilk uğurlu zərbədir.

Hazırda zərərin miqyası dəqiqləşdirilir. Lakin artıq ekspertlər bildirirlər ki, belə bir müəssisənin hətta qısamüddətli fəaliyyətinin dayanması belə Rusiyanın şimal-qərb bölgələrində benzin və dizel yanacağı qıtlığına səbəb ola bilər.

Regionda neft və qaz resurslarının sürətlə tükənməsi vəziyyəti daha da gərginləşdirir.

Seçilən
9
tribunainfo.az

1Mənbələr