AZ

Azərbaycanın basketbol millisi Dünya Qadın Seriyasında ikinci yeri tutub - YENİLƏNİB

Azərbaycanın 3x3 basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsində məğlub olub.

"Cebheinfo.az" xəbər verir ki, milli həlledici qarşılaşmada Kanadaya 12:21 hesabı ilə uduzaraq ikinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan basketbolçuları yarımfinalda Niderlanda 21:19 hesabı ilə qalib gəlmişdilər.

11:15

Azərbaycanın 3x3 basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsində həlledici görüşə vəsiqə qazanıb.

Milli bu uğura Niderlandı 21:19 hesabı ilə məğlub etməklə nail olub.

Yığma finalda Kanada ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 11:35-də başlayacaq.

"Cebheinfo.az" 

Seçilən
6
11
cebheinfo.az

10Mənbələr