AZ

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qırmızı bülleten"lə axtarılan şəxs Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlkikaya "X" sosial şəbəkə hesabında yazıb.
Nazirin sözlərinə görə, qəsdən adam öldürməyə görə beynəlxalq səviyyədə axtarışda olan İ.C. adlı şəxs Azərbaycanda saxlanılıb və onun Türkiyəyə təhvil verilməsi təmin edilib.
Yerlikaya qeyd edib ki, altısı "qırmızı bülleten"lə və ikisi beynəlxalq səviyyədə axtarılan səkkiz nəfər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan Türkiyəyə gətirilib.
Seçilən
45
2
oxu.az

10Mənbələr