AZ

Xabi Alonso “Real”ın tarixinə düşüb

Xabi Alonso La Liqada ilk 4 oyununu qalibiyyətlə başa vuran “Real Madrid”in baş məşqçilərindən biri olub.

Apasport.az xəbər verir ki, bu gün madridlilər “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanıblar.

Daha əvvəl komanda “Malyorka”nı (2:1), “Oviedo”nu (3:0) və “Osasuna”nı (1:0) məğlub edib.

“Real”ın başında La Liqada ilk dörd oyunda ardıcıl qələbə qazanan sonuncu çalışdırıcı 2009-cu ildə Manuel Pelleqrini idi.

Bu göstəriciyə daha əvvəl Vanderley Luşemburqo (2005), Enrike Fernandes (1953) və Xose Kirante (1929) də imza atmışdı.

İngiltərəli müdafiəçi daha 5 il “Siti”də - RƏSMİ

Nuri Şahin Super Liqa klubuna rəhbərlik edəcək

Sabiq “Yunayted”li Meksika klubunda - RƏSMİ

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

Türkiyəli jurnalist Ahmet Çakarı məhkəməyə verib

Seçilən
49
1
apasport.az

2Mənbələr