AZ

3x3 basketbol millimiz Dünya Qadın Seriyasının vitse-çempionu olub

13-14 sentyabr tarixlərində Çinin Şanxay şəhərində qadınlardan ibarət millimizində iştirak etdiyi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsinin oyunları keçirilib.

Day.Az xəbər verir ki, qadın millimiz yekun mərhələnin ilk qrup oyununda Kanada seçməsinə 13:21 hesabı ilə məğlub olsa da, 2-ci və 3-cü oyunlarda müvafiq olaraq Niderland U-25 yığmasına 21:19, "Rapid" (Rumıniya) klubuna 19:15 hesabları ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

 

Millimiz 1/4 finalda Monqolustanın "Ulaanbaatar Amazons" klubunu əlavə vaxta gedən oyunun yekununda 19:17 hesabı ilə məğlub etdikdən sonra, yarımfinalda yenidən Niderland yığması ilə üz-üzə gəlib və 21:19 hesablı qələbə qazanaraq 3x3 basketbol tariximizdə ilk dəfə milli komanda olaraq iştirak etdiyimiz Dünya Qadın Seriyasının final mərhələsində finala yüksəlib.

Həlledici görüşdə millimiz final mərhələsinin favorit komandası sayılan güclü Kanada yığması ilə qarşılaşıb və 12:21 hesabı ilə məğlub olaraq vitse-çempion ünvanına yiyələnib.

Seçilən
34
4
day.az

5Mənbələr